Birliyin‑Bütövlüyün Ömür Kitabı

25

Məhərrəm Qasımlı

Birliyin‑Bütövlüyün Ömür Kitabı

Ötən yüzilliyin altmış‑yetmişinci illərin dən başlayan İraq‑türkman sevdası bir çox ədəbi və elmi simaların taleyolunu müəyyənləşdirdi. Bu sıradan, şübhəsiz ki, ən fədakar və diqqətçəkici elm mücahidi professor Qəzənfər Paşayevdir. Onun İraq-türkmanlarının folkloru, dili və ədəbiyyatı, eləcə də tarixi kimliyi barədə qələmə aldığı ilkin tanıtma səciyyəli yazılarından tutmuş, sonrakı onilliklərdə həyata keçirdiyi yüksək peşəkar elmi fəaliyyət göstəricilərinə – çoxsaylı toplama, tərtib işlərinə, monoqrafiya və kitablara qədər bütün irimiqyaslı fəaliyyəti bu gün yarım əsrdən də çox çəkən yorulmaz fədakarlıq örnəyi kimi yadda qalmışdır. Bu gün Azərbaycanda İraq türkmanlarından, onların dialekt və folklor özünəməxsus luqlarından harada və nə səviyyədə söhbət düşürsə düşsün, orada mütləq Qəzənfər Paşayevin adı və xidmətləri xatırlanır. Elmi‑mədəni mühitdə də Qəzənfər Paşayev adı çəkiləndə istər‑istəməz İraq-türkmanları, onların folklor, et noqrafiya və dil mədəniyyəti göz önünə gəlir.

Mən professor Qəzərfər Paşayevin elmi portretinin əsas cizgilərini onun görkəmli folklorçu, İraq-türkmanlarının ağsaqqalı Əta Tərzibaşıya həsr etdiyi monoqrafik araşdırmaya müqəddimə yazar kən heç də təsadüfən diqqət mərkəzinə çəkmədim. Çünki əslində məhzbu qəbildən olan onlarla kita bın, yüzlərlə məqalənin müəllifi belə bir haqqa, yəni İraq-türkman folklorşünaslığının babası sayılabilən bir mütəfəkkir alimdən söz açmaq, monoqrafik tədqiqat kimi məsuliyyətli əsər yazmaq səlahiyyətinə sahib ola bilər.

Bu səbəbdən də İraq‑türkman mühitini yaxşı bilən, oradakı soydaşları mızın tarixi taleyi və çağdaş mübarizəsi ilə qırılmaz şəkildə bağlı olan professor Qəzənfər Paşayevin öz ağsaqqal elm məsləkdaşı görkəmli folklorşünas Əta Tərzibaşının ömür yolu, elmi bioqrafiyası, əsərlərinin elmixronikal mənzərəsi barədə sanballı bir araşdırma аparması təbii və qa nunauyğun bir məntiqə söykənir.

Sözü gedən haqq və hüququ şərtləndirən çoxsaylı şərtlər içəri sində professor Qəzənfər Paşayevin özü nün də mükəm məl kərkükşünas‑folklorşünas olması amili də mü hüm əhəmiyyət kəsb edir. Çünki, əslində, o, İraq‑türkman mədəni irsi sahəsində uzun illərdən bəri apar dığı çoxsaylı elmi çalışmaları boyunca söykən diyi əsas və mötəbər elmi qaynaqlar sırasında Əta Tərzibaşıya, onun zəngin toplama‑tərtib işlərinə, elmi‑nəzəri araşdırmalarına dönə‑dönə istinad etmiş, həmin materialların tarixi dəyərinə əsl folklorşünas qiyməti verə bilmişdir.

Bununla belə, bir neçə il bundan qabaq Milli Elmlər Akademiyamızın Nizami adına Ədəbiyyat İnstitutunda elmi planlaşdırma zamanı Qəzərfər müəllim görkəmli İraq-türkman folklorşünası Əta Tərzibaşının bu sahədəki yorulmaz və zəngin fəaliyyətindən bəhs edən tədqiqat işi hazırlamaq arzusunda olduğunu bildirəndə təklif hamımızın ürəyindən oldu.

Qəzənfər müəllim ürəyin də illərdən bəri gəzdirdiyi elmi mülahizə və dəyərləndirmələri üç illik plan işində əhatəli və mükəmməl təhlillərlə gerçəkləşdirdi. Əslində, elə işin ilk gedişatı yaxın zamanlarda maraqlı bir portretmono qrafiyanın yaranacağı xəbərini verirdi. İndi budur, həmin gözəl elmi əsər qarşımızdadır. Zəngin fakt və təhlillər, müqayisə və dəyərləndirmələr əsasın da qələmə alınmış bu kitabda həm bu gün yaşın doxsanını adlayıb yüzünə doğru nur içində addımlar atanağ saqqal Əta bəyin ömür yoluna işıq tutulur, onun uşaq lıq, yeni ‑ yetməlik, gənclik illərindən başlayıb, yetkinlik və müdriklik çağına gələn şərəfli həyatının örnək dolu səhifələri canlandırılır, həm də alim və ziyalı ömrünün müxtəlif tarixi mərhələlərinin məhsulu olan toplama və tərtib işləri, tədqiqat əsərləri, çeşidli mövzulardakı kitabları təhlil olu naraq onların elmi nəzəri əhəmiyyəti aydınlaşdırılır.

Bu kitabı oxuyub başa çatanda bir mühüm keyfiyyəti ayrıca vurğulamaq lazım gəlir: professor Qəzənfər Paşayev yüksək səviyyəli araşdırma ilə Əta Tərzibaşının elmi kimliyini əsas yönləri ilə təqdim edərkən, həm də yeri gəldikcə özü nün qaldırılmış müvafiq elmi problemlərlə bağlı mülahizə və mühakimələrini irəli sürür.

İraq‑türkman xoyrat və maniləri, xalq mahnıları, xalq musiqisi, eləcə də ata sözləri, dastan və aşıq sənəti ilə əlaqədar Əta Tərzibaşının elmi xidmətlərini əsl folklorşünas səriş təsilə qiymətləndirən alimin bu sahədəki dəyərləndirmələrində daimi bir elmi ehtiram, qədirşünaslıq yanaşması özünü göstərir. Hiss olunur ki, yazan da, haqqında yazılan da bir mənəviyyat sər rafıdır. Kitab boyu onların qoşaobrazı bir məsləkdaş kimi, vətənsevər‑ elsevər, yenilməz xalq ruhunun ləyaqətli daşı yıcısı və araşdırıcısı kimi çiyin‑çiyinədir. Mənə elə gəlir ki, əsərin ən böyük uğuru da elə bu məqama bağlıdır. Bu məqam o məqamdır ki, Azərbaycan və İraq‑türkman milli‑mənəvi varlığını bir bütövə çevirir, onu vahid, ayrılmaz bir ruh halına, ürək halına gətirir. Bu birliyi, bü tövlüyü yaradıb qoruyanlar var olsun!